Bu günkü müsahibimiz Ekoloqiya Təbii Sərvətlər Naziriliyinin 15 saylı Qəbələ Regional Meşə Təsərrüfatı İdarəsinin Oğuz rayonu Qumlaq Xal-Xal meşəbəyliyinin meşə gözətçisi, Birinci Qarabağ müharibəsi döyüşçüsü Şəfiyev Vüqar Ömər oğludur. 2018 -ildən meşə gözətçisi vəzifəsində çalışan Vüqar bəy, öz işinin öhdəsindən layiqincə gəlir və öz ərazisinin flora və faunasını göz bəbəyi kimi qoruyur. Baxmayaraq ki, meşəbəyi peşəsi çətin peşədir. Meşə ərazilərinin çətin relyefdə olmasına baxmayaraq Vüqar bəy öz işini çox sevir və öz işinin öhdəsindən layiqincə gəlir. ETSN-nin və Qəbələ regional meşə təsərrüfatı idarəsinin rəhbəri Əkrəm Babayevin ona göstərdiyi etimadı layiqincə doğruldur. Qoruduğu meşə ərazisindən balaca körpə fidanın belə qırılmasına yol vermir. Bir məsələnidə nəzərinizə çatdıraq ki, Vüqar bəyin oğlu Şəfiyev Yaşar Vüqar oğlu 44 günlük Zəfər müharibəsi döyüşçüsü və qəhrəmanıdır. Biz sizinlə fəxr edirik və sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.
Hazırladı: İntizar Əmirova.
