Azərbaycanın ilk meşəbəyi xanımı

  10 May 2025    Oxunub:67
Bu günkü müsahibimiz Ekologiya Təbii Sərvətlər Nazirliyinin 15 saylı Qənələ Regional Meşə Təsərrüfatı İdarəsinin Oğuz rayon Daşağıl kəndinin meşəbəyi Həkimova Bənövşə İskəndər qızıdır. Həcər qeyrətli bu xanım Azərbaycanımızın gözəl guşələrindən biri olan Oğuz rayon Muxas-Daşağıl meşə dolayının Daşağıl meşə ərazisində 2019-cu ildən meşə gözətçisi vəzifəsində çalışır. O işlədiyi illər ərzində işinə vicdanla yanaşır, meşənin Flora və faunasını can başla qoruyur. Baxmayaraq ki, meşə gözətçisi kişi peşəsidir. Bu xanım hər gün yay, qış demədən səhər saat  05:00 radələrindən başlayaraq öz meşə ərazisini can başla qoruyur. Vəzifəsini layiqincə yerinə yetirir. Meşə ərazisindən bir körpə fidanın belə qırılmasına yol vermir. ETSN-nin və Qəbələ Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru Əkrəm Babayevin ona göstərmiş olduğu etimadını öz işində layiqincə doğruldur. Öz peşəsini çox sevən bu xanım işindən çox razıdır. Bənövşə xanım işini çox sevir. Bizdə öz növbəmizdə Bənövşə xanıma işlərində uğurlar arzulayırıq.                                   
Məqaləni hazırladı: İntizar Əmirova.



Xəbər lenti