Ət alarkən diqqətli olun!

  9 Şub 2025    Oxunub:45
AFTV.az Presedenttv.com-a istinadən xəbər verir ki, havalar soyuq keçəndə insanlar ət almağa üz tutur. Biz də düşündük ki, xəstəliklərin qarşısını almaq məqsədi ilə ət satılan məntəqələrə baş çəkək. Gəlin görək ət obyektlərində vəziyyət necədi?
Yolumuzu bir çox ət mağazalarından saldıq. Gördüyümüz natəmizlik bizi çox təssüfləndirdi. Reyd zamanı belə məlum oldu ki, baytarlıq sanitariya və sanitariya-gigyena normalarına cavab verməyən yerlərdə, yol kənarında satış məqsədi üçün heyvan kəsimi halları baş verir. Bundan başqa satıcıların sağlamlıq arayışı olmadan ətə toxunmaları, antisanitariya şəraitində satış etmələri və s. nöqsanlarla qarşılaşdıq.

Presedenttv.com olaraq,düşürük ki, belə yerlərdə aidiyyatı qurumlar ilə birlikdə tez tez təlimatlandırma işləri apararıqsa məsələ həllini tapa bilər. Ümüd edirik ki, növbəti reydlərimizdə təmiz,nöqsansız ətxanalara rast gələcəyik. 

Müxbir; İntizar Əmirova



Xəbər lenti